Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə keçirdiyi ikinci oyunu da qələbə ilə başa vurub.


Rekord.az xəbər verir ki, yığma bu dəfə Qazaxıstandan güclü olub - 74:60.


U-16 turnirdəki ilk matçında Belarusu 65:61 hesabı ilə məğlub etmişdi.