Millimiz Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazandı
- 22:11
- 43
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsinə yüksəlib. "Rekord.az" xəbər verir ki, Bakı təşkil olunan C qrupu çərçivəsində millimiz bu gün Rumıniya ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan görüşdə ilk iki seti voleybolçularımız qazanıb. Sonrakı hissələrdq isə rəqib üstün olub. Ümumi hesab bərabər olduğundan matçda tay-breyk oynanılıb. Həlledici hissədə isə daha yaxşı oynayan yığmamız 3:2 hesabı ilə qalib gəlib.
Bununla millimiz qələbələrinin sayını 3-ə çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.
Avropa çempionatı
24 avqust
C qrupu
Azərbaycan - Rumıniya 3:2