Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.


"Tipos Arena"da keçirilən matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib - 1:0.


İsa Atayev 36-cı dəqiqədə fərqlənib.


Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.