Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız 1-ci tur çərçivəsində bu gün İsveçlə qarşılaşıb. 

GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş rəqibin üstünlüyü ilə keçib. Qonaqlar bu oyunda quru hesablı qələbə qazanıblar.

Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 7-də keçirəcək. Sabah isə İsveç və Estoniya komandaları üz-üzə gələcəklər.

Avropa Liqası 

   İsveç - Azərbaycan 3:0 (25:19, 25:14, 25:23)