17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Rekord.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı kollektiv Almaniya yığması ilə qarşılaşıb.

Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda  keçirilən oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi ilkin seçmə mərhələnin ilk oyununda Yunanıstana 1:6 hesabıyla məğlub olmuşdu.

Bu gün millimizin yer aldığı qrupun digər oyununda Yunanıstanla Qazaxıstan yığmaları üz-üzə gələcək. Komandamız isə sonuncu turda Qazaxıstanla qarşılaşacaq.

AÇ-nin ilkin seçmə mərhələsi
9-cu qrup

16 noyabr

Almaniya - Azərbaycan 2:0
Baş hakim: Denis Şurman (Ukrana).