Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
- 18:30
- 37
Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
Rekord.az xəbər verir ki, millimiz Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.
Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.
Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.