Milliinin sabiq qapıçısı karyerasını başa vurdu
- 13:20
- 23
Şotlandiya millisinin sabiq qapıçısı Kreyq Qordon futbolçu karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə onun son klubu "Harts"ın mətbuat xidməti məlumat yayıb.
43 yaşlı qolkiper ötən mövsüm "Harts"ın heyətində 3 oyuna çıxıb. O, bu matçların 2-də qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 2 qol buraxıb.
Qordon peşəkar karyerası ərzində 685 rəsmi oyunda meydana çıxıb. O, bunların 249-da "quru oyun" keçirib və ümumilikdə 715 qol buraxıb. Təcrübəli qapıçı karyerası ərzində "Harts", "Seltik", "Sanderlend" və "Kaudenbit" klublarında çıxış edib.
Klub karyerasında o, "Seltik"lə 6 dəfə Şotlandiya çempionu olub, 4 dəfə Şotlandiya Kubokunu, 5 dəfə isə Şotlandiya Liqa Kubokunu qazanıb. "Harts"ın heyətində isə ölkənin ikinci divizionunun çempionluğunu yaşayıb. Qordon, həmçinin 2021/22 mövsümündə Şotlandiya Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.