Millidən ayrılan məşqçi: "Baş məşqçi bizimlə işləmək istəmədi"
- 15:00
- 68
U-17 millimizdə bu yaxınlarda müqavilələr yenilənib.
Rekord.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev işinə davam edəcək.
Emin Mustadayev də köməkçi kimi postunda qalacaq. Amma digər iki köməkçi Emin İmaməliyevlə Elşən Poladovla yeni müqavilə imzalanmayıb. Nəbiyev Poladov haqda danışarkən "aramızda fikir ayrılığı oldu" deyib. Maraqlıdır, görəcən veteran futbolçular arasında hansı fikir ayrılığı olub? Məsələyə Elşən Poladovdan münasibət öyrıəndik. Sabiq qapıçı millidən ayrılmasına belə aydınlıq gətirdi: "AFFA rəhbərliyi ilə aramızda milli komandaya görə heç bir fikir ayrılığı, problemimiz olmayıb. Sadəcə, müqaviləmiz başa çatmışdı, Aqil Nəbiyev də bizimlə davam etmək istəmədi. Bunu da normal qarşıladım, baş məşqçidir, ola bilsin hansısa fikirləri var və həmin fikirlərlə irəli gedir. O ki qaldı Aqilin "Elşənlə fikirlərimiz üst-üstə düşmədi" açıqlamasına, düzü mən bilmirəm o, hansı fikirləri deyir. Çünki il yarım birlikdə işlədik, az müddət deyil. Fikirlərimiz üst-üstə düşməsəydi, o qədər müddət birlikdə işləməzdik. Yaxşı olar ki, bu haqda Aqilin özündən soruşasınız, özü aydınlıq gətirsin ki, nəyi nəzərdə tutur, hansı fikirləri deyir".