Albaniya milli komandasının yeni baş məşqçisi italiyalı Rolando Maran olub.


Rekord.az xəbər verir ki, 62 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.


O, Dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün istefaya göndərilən Silvinyonu əvəzləyib.


Qeyd edək ki, mütəxəssis daha öncə “Kalyari”, “Cenoa” və “Breşiya” kimi İtaliya klublarını çalışdırıb.