Millidə son oyununa çıxan Emin Mahmudova xüsusi hədiyyə
- 23:00
- 25
Azərbaycan millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu – 66-cı oyununa çıxması münasibətilə xüsusi forma təqdim olunub.
Rekord.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoxlama matçının start fitindən əvvəl futbolçuya üzərində 66 rəqəmi yazılmış formanı hədiyyə edib.
2016-cı ildən milli komandanın şərəfini qoruyan "Neftçi"nin yarımmüdafiəçisi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qola imza atıb. Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.