
Milli üzvünün yeni klubu məlum oldu
- 16:40
- 40
İngiltərə millisinin üzvü Dominik Kalvert-Lyuinin yeni klubu müəyyənləşib
Rekord.az xəbər verir ki, "Everton"dan ayrılan 28 yaşlı hücumçu "Lids Yunayted"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
Kalvert-Lyuin ötən mövsüm 26 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə verib.