“Milan”da yeni müqavilə
- 10:00
- 33
"Milan" belçikalı yarımmüdafiəçi Aleksis Salemakerslə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2031-ci ilin iyununa qədər sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə bitəcəkdi.
26 yaşlı futbolçu 2020-ci ildən "Milan"da çıxış edir. O, cari mövsümdə komandasının heyətində 18 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.