AFFA-nın milliləşdirməyə hazırlaşdığı Sezar Meza Kolli yeni sezona Azərbaycanda başlayacaq.

Rekord.az xəbər verir ki, Rumıniya karyerası uğursuz alınan paraqvaylı yarımmüdafiəçi “Keşlə” ilə yeni müqavilə imzalamaq barədə ortaq məxrəcə gəlib.

Cənubi amerikalı yada bitəcək sözləşməsini daha 1 il uzatmağa razılıq verib. Anlaşmanın maliyyə tərəfinə gəlincə, Sezar bundan sonra daha çox qazanacaq. Federasiya onun əməkhaqqısının bir hissəsini qarşılamağı öz üzərinə götürüb. (sportinfo.az)