"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün "Portlend"ə qarşı ev matçında rəqibin qapısına yol taparaq turnirdəki qol seriyasını dörd oyuna çatdırıb.


Rekord.az xəbər verir ki, matç 2:0 hesabı ilə Mayami təmsilçisinin xeyrinə başa çatıb.


Qolları Messi (31-ci dəqiqə) və German Berterame (42-ci dəqiqə) vurublar. Səkkizqat "Qızıl top" mükafatçısı olan futbolçu həmçinin bir məhsuldar ötürmə edib.


Messi yarışın bombardirləri siyahısında 12 qolla ikinci yerdədir. O, həmçinin 13 matçda 5 məhsuldar ötürmə edib.


"İnter Mayami" MLS Şərq Konfransının turnir cədvəlində 14 oyundan sonra 28 xalla 2-ci yerdədir.