"Zirə"nin yarımmüdafiəçisi Rikardo Martins Konfrans Liqası 2-ci təsnifat mərhələsində "Payde"yə qarşı keçirəcəkləri ilk oyundan danışıb.


Rekord.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 30 yaşlı futbolçu deyib: 


"Baş məşqçimizin də qeyd etdiyi kimi, bizi təcrübəli komandaya qarşı oyun gözləyir. Oyuna yaxşı hazırlaşmışıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bunun üçün ilk addımı sabah atmalıyıq".


Xatırladaq ki, sabah Estoniyadakı Parnu şəhərində keçiriləcək "Payde" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.