“Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
- 19:10
- 38
Mayın 22-də AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinin final oyunları keçiriləcək.
Rekord.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlar arasında yarışların həlledici matçları baş tutacaq. Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçiriləcək.
5-ci sinif qızlar, final
14:00. Naftalan şəhərinin İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbi - Nəsimi rayonunun Samir Hacıyev adına 5 saylı tam orta məktəbi
5-ci sinif oğlanlar, final
15:00. Şəmkir şəhərinin Məhəmməd Füzuli adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyi - Suraxanı rayonunun S.Sani Axundov adına 172 saylı məktəbi
7-ci sinif oğlanlar, final
16:00. Zaqatala rayonunun Sumaylı kənd tam orta məktəbi - Saatlı rayonunun Nəsimikənd tam orta ümumtəhsil məktəbi