“Məktəblərdə Futbol Dərsi” Naxçıvanda
- 20:52
- 26
Naxçıvan şəhər məktəblərində AFFA-nın dəstəyi ilə keçirilən UEFA-nın “HatTrick” proqramı çərçivəsində “Məktəblərdə Futbol Dərsi” layihəsinə start verilib.
Rekord.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil şöbəsi, Naxçıvan Futbol Federasiyasının rəsmilərinin, məktəb direktorları və idman müəllimlərinin iştirakı ilə Naxçıvan şəhərində yerləşən 5, 12 və 14 nömrəli tam orta məktəblərdə şagirdlərlə görüşlər təşkil olunub, AFFA-nın bu layihəsi haqqında məlumat verilib, NFF-in bundan sonra da Naxçıvanda futbolun kütləviliyi üçün müvafiq işlər görüləcəyi bildirilib.
Daha sonra hər bir şagirdə AFFA tərəfindən göndərilən idman geyimləri və futbol dərslərinin yüksək səviyyədə keçirilməsi məqsədilə əyani vəsait təqdim olunub.
Qeyd edək ki, layihə Naxçıvan şəhərinin 10 məktəbində həyata keçiriəcək.