"Məhəllə Uşaqları" yenə qələbə qazandılar
- 19:16
- 50
AFFA Həvəskarlar Liqasında növbəti turun qarşılaşmaları keçirilib. "Rekord.az" xəbər verir ki, Sumqayıt təmsilçisi "Məhəllə Uşaqları" daha bir qələbələrini qazanıblar. Orxan Abdullayevin yetirmələri "Qobu"nu məğlub ediblər - 3:2. Qolları Kamran İsmayılov, Ramil Həşimzadə və İlkin Vəlizadə vurublar.
5 oyundan sonra aktivində 13 xal olan "Məhəllə Uşaqları" qrupun lideri və növbəti mərhələyə yüksəlməyə ən real namizədlərdirlər.