AFFA Həvəskar Liqasında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Sumqayıtın "Məhəllə Uşaqları" komandası daha bir qələbə qazanıb. Orxan Abdullayevin yetirmələri UFA-nın qapısından 7 cavabsız top keçiriblər. Kamran İsmayılov və İlkin Vəlizadə het-trik edib, bir qolu isə Famil Muradlı vurub.


Bu nəticə ilə "Məhəllə Uşaqları" qrupdakı liderliyini rəsmiləşdirib və 1/8 final mərhələsinə vəsiqə qazanıb. Həmin matçların iyunun sonunda keçirilməsi gözlənilir.