Mbappedən ÇL rekordu
- 15:00
- 30
"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində digər oyunçulardan daha çox səfər oyunlarında het-trik edib.
Rekord.az xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasının 5-ci turunda "Olimpiakos" üzərində 4:3 hesablı qələbə qazanılan oyunda dörd qol vurub.
Mbappe hazırkı turnirdə doqquz qol vuraraq özünün Çempionlar Liqasındakı qol rekordunu yeniləyib. Onun Çempionlar Liqasındakı əvvəlki ən yüksək qol sayı səkkiz olub: bu, 2020/21 mövsümündə və PSJ-də oynadığı 2023/24 mövsümündə baş verib.
"Real" hazırda Çempionlar Liqasının turnir cədvəlində 12 xalla beşinci yerdədir. Komanda növbəti turda "Mançester Siti" ilə qarşılaşacaq.