"Real"ın ABŞ-da xəstəxanaya yerləşdirilən futbolçusu Kilian Mbappe evə buraxılıb.


Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.


26 yaşlı hücumçuya kəskin qastroenterit diaqnozu qoyulub. Mbappe artıq komandanın düşərgəsinə qayıdıb. O, xüsusi tibbi müalicə almağa davam edəcək və tədricən məşqlərə qoşulacaq.


Mbappe iyunun 19-da xəstəxanaya yerləşdirilmişdi.