"Real”ın futbolçusu Kilian Mbappe diz bağından zədə aldığı üçün ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.


Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.


Fransalı hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya superkubokunun “Atletiko” ilə oyununu buraxacaq.


Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, 2018-2024-cü illərdə PSJ-də oynayıb və klubun bütün zamanların ən yaxşı bombardiridir.