Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində keçirdiyi oyunların sayına görə Dieqo Maradonanı (21 oyun) geridə qoyub.


Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu DÇ-2026-da İngiltərə yığmasına qarşı üçüncü yer uğrunda keçirilən matça start heyətində başlayıb.


Bununla da o, dünya çempionatlarında keçirdiyi oyunların sayını 22-yə çatdıraraq bu göstəricidə səkkizinci pilləyə yüksəlib.


Mbappeni yalnız Lionel Messi (33 oyun), Kriştianu Ronaldu (27), Lotar Matteus (25), Miroslav Kloze (24), Paolo Maldini, Luka Modriç və Manuel Noyer (hərəyə 23 oyun) qabaqlayırlar.


Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Finalda İspaniya və son dünya çempionu Argentina yığmaları üz-üzə gələcəklər.