Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının (AAF) idman işləri üzrə direktoru təyin olunub.


Bu barədə Rekord.az-a AAF-dan məlumat verilib.


AAF-nin prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. Toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva federasiyanın idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.