Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın ölümünün dəqiq səbəbi açıqlanıb.

Rekord.az xəbər verir ki, tibbi ekspertiza onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyünü müəyyənləşdirib.

Bundan başqa, onun ürəyində genişlənmiş kardiomiopatiya aşkar edilib.