Seneqal yığmasının hücumçusu Sadio Mane milli karyerasını başa vurduğunu açıqlayıb.


Rekord.az xəbər verir ki, 34 yaşlı futbolçu bu qərarını DÇ-2026-da milli komandanın mübarizəni dayandırmasından sonra elan edib.


Seneqal millisi mundialın 1/8 final mərhələsində Belçika yığmasına 2:3 hesabı ilə məğlub olaraq, turnirlə vidalaşıb.


Mane milli komandanın onun üçün hər zaman xüsusi məna daşıdığını bildirib:


“Bu bayraq naminə hər şeyimi qurban vermişəm. Azarkeşlərin dəstəyi mənim gücüm idi. Həmişə bütün gücümlə oynadım və Seneqal uğrunda sonadək mübarizə apardım”.


Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu 2012-ci ildən Seneqal millisinin formasını geyinirdi. O, yığmanın heyətində keçirdiyi 130 oyunda 54 qola imza atıb.