İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Tommi Doyl ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

Doyl “Mançester Siti”nin öz yetirməsidir. O, indiyə qədər əsas komandada cəmi 3 rəsmi oyun keçirib.