
“Mançester Siti” yeni transferini icarəyə verdi
- 17:30
- 36
"Mançester Siti" yeni transferi Sverre Nyupanı icarəyə verib.
Rekord.az xəbər verir ki, "şəhərlilər" norveçli yarımmüdafiəçini "Midlsbro"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı oyunçu 2025/2026 mövsümünü Çempionşip təmsilçisində keçirəcək.
"Mançester Siti" Sverre Nyupanı ötən ay "Rosenburq"dan (Norveç) 15 milyon avroya transfer edib.