“Mançester Siti” yeni qapıçı transfer etdi
- 20:00
- 35
“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “şəhərlilər” “Şeffild Uenzdey”dən qapıçı Pirs Çarlzı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
MS gənc qapıçısını bir mövsümlük KPR-ə icarəyə göndərib.
Çarlz ötən mövsüm “Şeffild Uenzdey”lə Çempionşipdə 20 oyuna çıxıb.