Malenin transfer hüquqlarını aldılar
- 19:00
- 35
"Roma" "Aston Villa"dan icarəyə götürdüyü hücumçu Doniell Malenin transfer hüquqlarını alıb.
Rekord.az xəbər verir ki, Roma təmsilçisi 27 yaşlı niderlandlı futbolçu üçün qarşı tərəfə 25 milyon avro ödəyəcək.
Klub avrokuboklara vəsiqə qazandığı üçün müqavilədəki satınalma bəndi avtomatik aktivləşib. Bu ilin yanvarında komandaya qoşulan D.Malen İtaliya A Seriyasında keçirdiyi 16 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Roma" 36 turdan sonra turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Niderland millisinin üzvü əvvəllər "Borussiya" (Dortmund) və PSV klublarının da formasını geyinib.