“Maksimum hədəflər üçün güclü heyət lazımdır” - Berdıyev
- 20:00
- 37
“Turan Tovuz” bu gün Misli Premyer Liqasının cari mövsümünün son turunda “Sabah”la üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyunda 1:2 hesabı məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin matçdan sonra mətbuat konfransı olub. Türkmənistanlı çalışdırıcı maraqlı oyun olduğunu bildirib:
“Maraqlı oyun oldu. Çoxsaylı epizodlar var idi. Təəssüflər olsun ki, şanslarımızdan yararlana bilmədik. Bu elə bir oyun idi ki, mən uşaqlara irad bildirə bilmərəm. Maraqlı mövsüm alındı. Paltardəyişmə otağında uşaqlara mövsümlə bağlı təşəkkürümü bildirdim.
Hər şeydən əvvəl, şadam ki, klub prezidenti qarşıya maksimum hədəflər qoyur. Bu, çox vacibdir. Belə olan halda məsuliyyət də artır. Amma bunun üçün güclü heyət lazımdır. Götürək elə “Sabah”ı. Mövsümün gedişində güclü heyət yığdılar və nəticədə çempion oldular. Biz də növbəti mövsümdə heyəti möhkəmləndirməyə çalışacağıq. Büdcəmiz nə qədər imkan verəcək, o qədər güclənməyə çalışacağıq. Bu, birbaşa maliyyəyə bağlı məsələdir”.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünü turnir cədvəlinin 3-cü pilləsində başa vurub.