Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundan Polşa təmsilçisi "Rakuv"a keçir.


Rekord.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.


29 yaşlı hücumçu artıq Çenstoxova şəhərinə yollanıb. O, bu gün tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.


Xatırladaq ki, azərbaycanlı forvard son olaraq Almaniyanın "Kayzerslautern" komandasının formasını geyinib. Emreli 2021/2022 mövsümünün ilk yarısında Polşada "Legiya"nın uğurları üçün çalışıb.