"Tottenhem" qapıçısı Uqo Lorisə əvəzləyici axtarır.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu kapitanla gələn ilin yayında başa çatacaq müqaviləni yenilmək istəmir.

Paytaxt təmsilçisinin "Yuventus"un qapıçısı Voyçex Şesnini heyətə cəlb etmək istədiyi bildirilib. Turin klubunun isə "Milan"dan Canluici Donnarummanı alacağı təqdirdə Şesnini göndərəcəyi qeyd olunub.

Qeyd edək ki, 2012-ci ildən "Tottenhem"də çıxış edən fransalı Loris bu mövsüm 40 oyunda meydana çıxıb.