“Liverpul”u məğlub edib Çempionlar Liqasına vəsiqə qazandılar
- 11:30
- 28
Birminqemin "Aston Villa" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun matçında öz meydanında eyniadlı şəhərin "Liverpul" komandasına qalib gəlib.
Rekord.az xəbər verir ki, Birmingemdəki "Villa Park"da keçirilən görüş 4:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Olli Uotkins dubl edib (58',73'), həmçinin Morqan Rocers (42') və Con Makqin (89') fərqləniblər. "Liverpul"da isə hər iki qol Vircil Van Deykin hesabındadır (52' və 90').
"Aston Villa" qələbədən sonra 62 xal toplayaraq turnir cədvəlində məhz "Liverpul"u (59 xal) geridə qoyub və dördüncü pilləyə yüksəlib. Beləliklə, birminqemlilər 2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasına vəsiqəni rəsmiləşdiriblər.