“Liverpul” darmadağına üzüldü, “Real”la PSJ qalib gəldi
- 02:12
- 27
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun son oyun günündə daha 9 görüş baş tutub.
"Qarabağ"ın rəqiblərindən "Liverpul" evdə PSV-yə 1:4 hesabı ilə məğlub olub, "Ayntraxt" isə səfərdə "Atalanta"ya ilə 0:3 hesabı ilə yenilib.
"Real" səfərdə "Olimpiakos"un qonağı olub. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. PSJ isə doğma meydanda "Tottenhem"ə 5:3 hesab ilə qalib gəlib. “Bayern” isə “Arsenal”a uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
26 noyabr
Kopenhagen (Danimarka) – Kayrat (Qazaxıstan) 3:2
Qollar: Dadason, 26. Larsson, 59-pen. Robert, 73 – Satpayev, 81. Baybek, 90.
Pafos (Kipr) – Monako (Fransa) 2:2
Qollar: D.Luis, 18. Salisu, 88-öz qapısına – Minamino, 5. Baloqun, 26.
PSJ (Fransa) – Tottenhem (İngiltərə) 5:3
Qollar: Vitinya, 45; 53; 76. F.Ruis, 59. Paço, 65 – Riçarlison, 35. Kolo Muani, 50; 72.
Liverpul (İngiltərə) – PSV (Niderland) 1:4
Qollar: Soboslai, 16 – Perişiç, 6-pen. Til, 56. Driuoş, 73; 90+1.
Arsenal (İngiltərə) – Bayern (Almaniya) 3:1
Qollar: Timber, 22. Madueke, 69. Martinelli, 77 – Karl, 32.
Atletiko (İspaniya) – İnter (İtaliya) 2:1
Qollar: X.Alvares, 9. X.Ximenes, 90+3 – Zelinski, 54.
Ayntraxt (Frankfurt, Almaniya) – Atalanta (İtaliya) 0:3
Qollar: Lukman, 60. Ederson, 62. De Ketelare, 65.
Sportinq (Portuqaliya) – Brügge (Belçika) 3:0
Qollar: Kenda, 24. L.Suares, 31. Trinkao, 70.
Olimpiakos (Yunanıstan) – Real (İspaniya) 3:4
Qollar: Çikinyo, 8. Taremi, 52. El Kaabi, 81 – Mbappe, 22; 24; 29; 60.