Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı koronavirusa qalib gəlib.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə koronavirusdan sağalan Yusufun artıq komanda ilə məşqlərə başladığı diqqətə çatdırılıb.

Türkiyəli futbolçuda aprelin 3-də koronavirus aşkarlanmışdı. Onun Türkiyə millisində və “Lill”dəki komanda yoldaşı Zeki Çelik də koronavirusa yoluxmuş və bir neçə gün öncə sağalaraq sıraya dönmüşdü.