AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turniri keçiriləcək.


Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir iyunun 20-24-ü aralığında Lənkəranda baş tutacaq.


Yarışda 9 komanda iki qrupda mübarizə aparacaq. Bir qrupda 5, digərində isə 4 komanda çıxış edəcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.


Qeyd edək ki, son gündə mükafatlandırma mərasimi olacaq.