“Lənkəran”da ayrılıq
- 17:00
- 32
"Lənkəran" basketbol klubu amerikalı legioneri Bilal Şabaz ilə yolları ayırdığını rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
25 yaşlı basketbolçu cənub təmsilçisinə cari mövsümün əvvəlində qoşulmuşdu.
Qeyd edək ki, "Lənkəran" bundan əvvəl Ankit Çoudhari və Antoni Tseqekele ilə də vidalaşıb. Komanda əvəzində kanadalı Rahem Sullivan ilə güclənib.