“Lənkəran” “Ordu”ya məğlub oldu
- 17:40
- 30
“Lənkəran” “Ordu”ya məğlub oldu
Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.
Rekord.az xəbər verir ki, turun ilk matçında "Lənkəran" "Ordu"nu qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63
Xallarının sayını 29-a çatdıran "Ordu" B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu - altıncıdır.
Bu gün, saat 20:00-da Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış NTD - "Gəncə" görüşü keçiriləcək.
Tura fevralın 1-də yekun vurulacaq.