Futbol üzrə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” (Polşa) – “Qarabağ” oyununun təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, Varşavada keçiriləcək matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Tobias Ştiler olacaq. Ona yan xətt hakimləri Kristian Gitelman və Rafael Foltin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Daniel Şlaqer yerinə yetirəcək.

Oktyabrın 1-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.