La Liqanın bərpa, yeni mövsümün start tarixi açıqlandı
- 2020-05-29 17:40
- 513
Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası iyunun 11-də bərpa olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas “Marca” nəşrinə açıqlamasında deyib:
“La Liqada mövsüm iyunun 11-də bərpa olunacaq. Yeni mövsüm isə sentyabrın 12-də başlayacaq”.
La Liqa koronavirus pandemiyasına görə martdan dayandırılmışdı.