İspaniyanın “Hueska” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, geridə qalan mövsümdə çempion olaraq La Liqaya vəsiqə qazanan sözügedən klub Almaniya “Şalke”sindən müdafiəçi Pablo İnsuanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Deportivo”nun yetirməsi olan, bu komanda ilə yanaşı “Leqanes”də də forma geyinmiş İnsua, “Şalke”yə 2017-ci ildə transfer olunub. 2018-ci ildə isə o, məhz “Hueska”ya icarəyə verilmişdi.