İspaniyanın "Betis" klubu baş məşqçisi Manuel Pelleqrini ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Tərəflər arasında anlaşmanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 72 yaşlı çilili mütəxəssis 2020-ci ilin yayından komandaya rəhbərlik edir.


"Betis" hazırda 21 xalla La Liqanın turnir cədvəlində 5-ci yerdədir.