İspaniyanın "Real Ovyedo" klubu baş məşqçisi Velko Paunoviçlə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi məlumat yayıb.


Qeyd edək ki, serbiyalı mütəxəssis 2025-ci ilin martında bu posta təyin olunub. O, komanda ilə Sequndadan La Liqaya vəsiqə qazanıb. "Real Ovyedo" 8 turdan sonra 6 xalla 17-ci pillədə qərarlaşıb.