La Liqa klubu baş məşqçisi ilə vidalaşmağa qərar verdi
- 16:20
- 31
"Vilyarreal" mövsümün sonunda baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayıracaq.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniya klubu 2023-cü ildən komandada işləyən 60 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməyəcək.
Xatırladaq ki, 2013-cü ildən 2016-cı ilədək "Vilyarreal"ın baş məşqçisi olmuş Marselino 2023-cü ildə kluba qayıtmışdı. O, klub tarixində ən çox oyun keçirən mütəxəssis olmaqla yanaşı, baş məşqçilər arasında qələbə rekorduna (145) da sahibdir.
"Vilyarreal" hazırda La Liqada 68 xalla üçüncü pillədə qərarlaşıb.