Kurtua dekabrın ən yaxşısı seçildi
- 10:00
- 24
"Real"ın qapıçısı Tibo Kurtua Madrid klubunda dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Rekord.az xəbər verir ki, belçikalı qolkiper azarkeşlərin səsverməsində 1-ci olub.
O, Cud Bellingem, Antoni Rüdiger, Rodriqo və Orelyen Tçuamenini qabaqlayıb.
Qeyd edək ki, 33 yaşlı qapıçı dekabr ayında büün turnirlərdə Madrid klubunun heyətində 5 oyunda iştirak edib və 5 qol buraxıb.