Kudus dünya çempionatını buraxacaq
- 14:40
- 37
İngiltərənin "Tottenhem" klubunda çıxış edən Qana millisinin futbolçusu Məhəmməd Kudus bu il keçiriləcək dünya çempionatını buraxacaq.
Rekord.az xəbər verir ki, buna 25 yaşlı vingerin zədəsinin sağalmaması səbəb olub.
Afrikalı oyunçu yanvarın 4-də Premyer Liqanın 20-ci turunda "Sanderland"la matçda (1:1) xəsarət almışdı. Onun zədəsi apreldə yenidən təkrarlanıb.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Qana millisi L qrupunda İngiltərə, Xorvatiya və Panama ilə qarşılaşacaq.