
Kubokun final oyununun keçiriləcəyi tarix müəyyənləşdi
- 19 Avq 2025 18:00
- 53
Azərbaycan Kubokunda 2025/2026 mövsümünün final oyununun keçiriləcəyi tarix müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı geniş təqvimdə öz əksini tapıb.
Həlledici qarşılaşma mayın 13-də baş tutacaq.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunun sahibi "Sabah" klubu olub.