Futbol üzrə Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan dörd komanda bəlli olub.

Rekord.az xəbər verir ki, bu, turnirin 1-ci təsnifat mərhələsinin bu gün keçirilən oyunlarından sonra müəyyənləşib.

"Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0) "Sheki City" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edib.

İlk mərhələnin digər matçları oktyabrın 10-da baş tutacaq.

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi

9 oktyabr

"Şəki Siti" – "Araz Saatlı" 3:2
Qollar: Ü.Nağdəliyev, 48, C.İmamverdiyev, 87, S.Süleymanov, 89 - Y.Yusubov, 42, P.Eyvazov, 88.
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
"Rekord Arena"

"Qaradağ Lökbatan" – "Ağdaş" 8:0
Qollar: T.Zeynalov, 19, V.Hüseynov 32, E.Əskərli 45+1, R.Şahmuradov, 65, 67, 69, A.Məcidov, 88, S.Allahquliyev, 90
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

"Dinamo" – "Kür-Araz" 3:2
Qollar: Ə.Səfərzadə, 57 Y.Qarayev, 72, 103 - E.Məmmədov, 5, 49  
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu

"Ağstafa Gəncləri" – "Şirvan" 1:0
Qol: E.Namazov, 49
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Ağstafa şəhər stadionu.