
Kubokda 1-ci təsnifat mərhələsinə yekun vuruldu
- 16:40
- 48
Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
"Göygöl" evdə "Şəmkir" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək növbəti mərjələyə yüksəlib.. "Quba" isə "Xankəndi"ni qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.
Daha əvvəl "Şəki Siti", "Qaradağ Lökbatan", "Dinam"o və "Ağstafa Gəncləri" 2-ci təsnifat mərhələsinə yüksəlib.
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
10 oktyabr
“Göygöl” – “Şəmkir” 1:0
Qol: R.Əlizadə, 22
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov
Göygöl OİK stadionu.
“Quba” – “Xankəndi” 1:2
Qollar: Ə.Şəbiyev, 12-avtoqol - S.Ağayev, 68, E.Quliye, 79-pen.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.
Quba OİK stadionu.